Meydança
Bakıda futbol meydançasını onlayn bron et
Bakıda boş futbol meydançası tapmaq adətən zəng, gözləmə və “bu saat doludur” demək idi. Meydança bunu tətbiqdə və brauzerdə göstərir: məkan, qiymət, reytinq və hansı saatın boş olduğu.
Oyunçular bron sorğusu göndərir, məkan sahibləri təqvimlərini idarə edir. Komanda çatmırsa, elan yerləşdirib oyunçu tapa bilərsiniz.
Necə işləyir
Xəritədən və ya siyahıdan meydança seçin, tarixi və boş saatı toxunun, sorğunu göndərin. Təsdiqdən sonra xatırlatma gəlir.
Hesab telefon nömrəsi ilə açılır. İlk dəfə SMS kodu gəlir, sonra telefon və şifrə ilə daxil olursunuz.
Harada
Meydança Azərbaycan üçündür. İlk şəbəkə Bakıdadır; meydança əlavə olunduqca digər şəhərlər də görünür.
Məkan sahibləri
Meydançanızı əlavə edin, sorğuları qəbul edin, inventar və analitikanı eyni yerdə görün. Oyunçular meydança haqqını meydançada ödəyir. Komissiya və siyahı reklamı (vebdə) Payriff vasitəsilə keçir — kart məlumatı bizdə saxlanılmır.
FAQ
Meydança nədir?
Azərbaycanda futbol meydançalarını tapmaq, boş saatı görmək və bron etmək üçün tətbiq və veb saytdır. iOS, Android və brauzerdə işləyir.
Bakıda meydançanı necə bron edirəm?
app.meydancaapp.az ünvanında və ya tətbiqdə telefonla daxil olun, meydança seçin, boş saata toxunun və sorğu göndərin. Məkan sahibi təsdiqləyəcək.
Oyunçular üçün ödəniş varmı?
Hesab açmaq pulsuzdur. Meydança saatının qiymətini məkan sahibi qoyur; komissiya (saat qiymətinin 1%-i) məkan sahiblərinə aiddir.
meydancaapp.az sizin rəsmi saytınızdır?
Bəli. Rəsmi ünvanlar meydancaapp.az (məlumat) və app.meydancaapp.az (bron).